Evlərini yenə buldozerlə yıxdılar

Evlərini yenə buldozerlə yıxdılar

206550
Evlərini yenə buldozerlə yıxdılar


  Qərbi Şəriyədəki Yəhudi Məskunlaşma Qurumunun rəhbəri Gassan Dagles məlumat verib ki, İsrail əsgərləri Nablus şəhərinin Kusra qəsəbəsinə girərək C bölgəsindəki fələstinlilərin mülklərini yıxıblar.

 

  İsrail və Fələstin Qurtuluş Təşkilatı (FAT) arasında 13 sentyabr 1993-cü il tarixində imzalanan Oslo müqaviləsinə görə, “A, B və C olmaqla 3 hissəyə ayrılan Qərb Şəriyədə İsrail işğal etdiyi C bölgəsində fələstinlilərin evlərini sənədsiz olduğu üçün yıxır və yeni bina inşasına da icazə vermir”.

 

  Qərbi Şəriyənin A bölgəsi Fələstin rəhbərliyinin idarəsi altındaykən B hissəsi İsrail və qismən fələstinlilərin ixtiyarındadır. C bölgəsini tamamilə işğal edən İsrail Qərbi Şəriyə torpaqlarının da təxminən 40 faizini tutub.

 

  Qərb Şəriyədəki əməliyyatlarda 2 fələstinli yaralanıb, 12-si isə nəzarət altına alınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr