Hollandiya dövlət televiziyasına silahlı basqın

Hollandiya dövlət televiziyasına silahlı basqın

202744
Hollandiya dövlət televiziyasına silahlı basqın

  “NOS” TV-nin Hilversum şəhərindəki studiyası “bilgisayar qulduru” sayılan silahlı bir gənc tərəfindən basılıb.

  TV-nin Təhlükəsizlik Xidməti işçisini girov götürərək televiziya binasına girən silahlı şǝxs xəbər bülletenində danışmaq istədiyini söyləyib. Amma polis tərəfindən tutularaq nəzarətə alınıb. Silahın saxta olduğu aşkarlanıb.

  Hadisə əsnasında bina boşaldılıb və kanalın yayımına ara verilib.

  “Bilgisayar qulduru”nun cibindən tapılan məktubda onun tək olmadığını bilinib. Televiziya kanalının internet saytında yayımlanan bu məktubda ölkənin müxtəlif yerlərində partlayıcılar yerləşdirildiyi və “bilgisayar quldurları”ının kiber hücum planı hazırladıqları yer alır.

  19 yaşlı bu gəncin Hollandiyada doğulduğu və bir universitetin tələbəsi olduğu müəyyənləşdirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr