970 immiqrant xilas edilib

Korfu adası yaxınlığında, heyəti tərəfindən tərk edilmiş yük gəmisindəki 970 immiqrant xilas edilərək İtaliyaya aparılıb.

167796
970 immiqrant xilas edilib

Yunanıstanın Korfu adası yaxınlığında, heyəti tərəfindən tərk edilmiş yük gəmisindəki 970 immiqrant xilas edilərək İtaliyaya aparılıb.
Yunanıstan hadisə yerinə bir döyüş gəmisi və iki helikopter göndərdi.
Gəmi, İtaliya sahil təhlükəsizliyi tərəfindən, Yunanıstandan İtalyanın Gelibolu Limanına aparılıb.
Çoxu Suriyalı və kürd olduğu bildirilən immiqrantlar, müvəqqəti olaraq ətrafdakı məktəblərə yerləşdirilib.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə noyabr ayından bu zamana qədər İtaliyaya, dəniz yolu ilə 160 mindən çox immiqrant gedib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr