İtən təyyarənin Yava dənizinə düşdüyü ehtimal olunur

162 sərnişinin olduğu Asiya Hava yollarına mәxsus təyyarənin Yava dənizinə düşdüyü ehtimal olunur.

163751
İtən təyyarənin Yava dənizinə düşdüyü ehtimal olunur

İndoneziyada itən təyyarənin Yava dənizinə düşdüyü ehtimal olunur
İndoneziya Milli Xilasetmə Agentliyi, göyərtəsində 162 nəfərin olduğu Asiya Hava yollarına mәxsus təyyarənin Yava dənizindә ola biləcəyini bildirib. Baş verən qəzadan sonra Asiya Hava Yollarının birjadakı sәhimlәrinin dəyəri 7 faiz ucuzlaşıb.
Qeyd edək ki, İndoneziyanın Surabaya adasından, Sinqapura uçan təyyarə ilə, havaya qalxdıqdan 42 dəqiqə sonra əlaqə kəsilib. Təyyarədə 155-i sərnişin, 7-i ekipaj üzvü olmaqla 162 nəfər olub.
Bu arada təyyarənin axtarış işlərində İndoneziya, Malayziya, Singapurla bərabər Avstraliya və Çin mütəxəssislər də iştirak edir. Çin isə axtarış işləri üçün İndoneziya təyyarə və gəmi göndərdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr