Rəhbərlik Şurasının sədri Məhəmməd Bedii hakim qarşısında

Bədii və çevriliş əleyhdarı 311 nәfәr 11 Yanvarda hakim qarşısında olacaq.

155121
 Rəhbərlik Şurasının sədri Məhəmməd Bedii hakim qarşısında

Bədii və çevriliş əleyhdarı 311 nәfәr 11 Yanvarda hakim qarşısında olacaq.
Әdliyә orqanlarından әldә edilәn məlumata görə, hərbi prokurorluq, Müsəlman Qardaşlar Təşkilatı (İhvan) Rəhbərlik Şurasının sədri Məhəmməd Bedii ilə aralarında 2 qadının olduğu 311 nәfәrin mühakimə prosesinә 11 Yanvarda İsmaliyye Hərbi Məhkəməsində başlanmasını nәzәrdә tutan qәrar qәbul edib.
İsmailiyyə Prokurorluğu, 14 Avqust 2013 Rabiatul Adəviyyə və Nahda meydanlarındakı hərbi müdaxilədәn sonra "şiddət, İsmailiyyәdә məhkəmə və prokurorluq binasına hücum " kimi cinayәtlәrlә mühakimə olunan şübhəliləri daha əvvəl hərbi məhkəməyə sövq etmişdi.
Digər tərəfdən, İsgəndəriyyə Hərbi Prokurorluğu da Rabiatul Adəviyyə Meydanı tәxliyә edildikdәn sonra "El-Buhayra vilayәti qubernatorluq binasına od vurmaq" cinayәti ilә ittiham edilәn 293 çevriliş əleyhdarını hərbi məhkəməyə sövq edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr