Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəli

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il yanvarın 26-dan 30-dək davam edəcək qış sessiyasının gündəliyi açıqlanıb.

148200
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəli

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il yanvarın 26-dan 30-dək davam edəcək qış sessiyasının gündəliyi açıqlanıb.
Sessiyanın ilk günü AŞPA sədrinin qurumun ötən sessiyadan keçən müddətdəki fəaliyyəti barədə hesabatı dinləniləcək. Daha sonra daimi komitənin fəaliyyətləri müzakirə olunacaq. Tunisdə və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri haqqında da məlumat veriləcək
Yanvarın 27-də ukranyalı qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropa Şurası ilə razılıq memorandumunun qüvvəyə minməsi, Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılacaq
Sonrakı günlərdə Avropada mətbuat azadlığına yardım, bərabərlik və böhrana dair kollektiv sövdələşmə, tətil hüququ, Avropada diskriminasiya və dözümsüzlük hallarına qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr