Avropa Xǝzǝrǝ üz tutub

Rusiyadan gǝlǝn tǝbii qaza asılı olan şǝrqi Avropa ölkǝlǝrinin narahatlığına baxmayaraq Avropa İttifaqının TANAP-a ümidi var.

142983
Avropa Xǝzǝrǝ üz tutub

Rusiyanın, “Cǝnub Axını” layihǝsinin lǝğvindǝn sonra Avropa Xǝzǝrǝ üz tutub.
Rusiyadan gǝlǝn tǝbii qaza asılı olan şǝrqi Avropa ölkǝlǝrinin narahatlığına baxmayaraq Avropa İttifaqının TANAP-a ümidi var.
Avropa İttifaqının Enerji Birliyinin İşlǝri üzrǝ komissarı Maroş Şefoviç iclas zamanı deyib ki, Cənub Qaz Dəhlizi ilə ilk qaz Avropaya artıq 2019-cu ildə daxil olacaq.
Şefoviç qeyd edib ki, Avropa İttifaqı ölkələrinin energetika nazirləri iclas zamanı qeyd olunan enerji layihəsinin reallaşdırılması zamanı yaranacaq siyasi və bürokratik problemlərin sadələşdirilməsi imkanlarını və Aİ hüdudlarından kənarda layihə iştirakçıları arasında bu problemlərin həllində yardım göstərilməsi məsələsini nəzərdən keçiriblər.
Bu arada Rusiya, “Cǝnub Axım” layihǝsi olmasa belǝ Türkiyǝ üzǝrindǝn şǝrq vǝ mǝrkǝzi Avropaya qaz nǝql edǝ bilǝcǝyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr