Şimali Koreyada insan hüquqlarının tapdalanması mǝsǝlǝsi

Milli Tǝhlükǝsizlik Şurasının 10 üzvü, Şimali Koreyada insan hüquqlarının tapdalanması mǝsǝlǝsinin Şuranın gündǝminǝ salınması üçün müraciǝt edib.

138620

Müvǝqqǝti üzvlǝrdǝn Avstraliyanın başçılığında edilǝn müraciǝtdǝ Şimali Koreyada insan hüquqların tapdalanmasının uzaq şǝrqin sülh vǝ sabitliyinǝ qarşı da bir tǝhdid olduğuna diqqǝt çǝkilib.
Tǝhlükǝsizlik Şurasının bu mövzunu gündǝmǝ salması üçün 15 üzvdǝn 10-nun müraciǝt etmǝsi kafidir.
Şurada indiyǝdǝk sankiyaları veto edǝn daimi üzvlǝr Çin vǝ Rusiyanın isǝ, Şuranın gündǝmilǝ bağlı müraciǝtlǝri veto etmǝ hüququ yoxdur. Buna görǝ dǝ Şimali Koreyadakı insan hüquqlarının tapdalanması mǝsǝlǝsi gǝlǝcǝk hǝftǝlǝrdǝ Tǝhlükǝsizlik Şurasının gündǝminǝ salınacaq.
Qeyd edǝk ki, cari illin ǝvvǝllǝrindǝ BMT-nin tǝrkibindǝki bir istintaq komissiyası Şimali Koreyada insan hüquqlarının tapdalandığına dair hesabat yaymışdı.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr