"Cǝnub axın" layihǝsinin lǝğvinǝ göstǝrilǝn reaksiyalar

Rusiyanın Avropanın tǝbii qaz ehtiyacının 10 faizini ödǝcǝyǝcǝk “Cǝnub axın” layihǝsinin lǝğv edilmǝsinǝ reaksiyalar göstǝrilmǝkdǝ davam edir.

138576
"Cǝnub axın" layihǝsinin lǝğvinǝ göstǝrilǝn reaksiyalar

Rusiyanın Avropanın tǝbii qaz ehtiyacının 10 faizini ödǝcǝyǝcǝk “Cǝnub axın” layihǝsinin lǝğv edilmǝsinǝ reaksiyalar göstǝrilmǝkdǝ davam edir.
Avropa İttifaqı Komissiyasının sǝdri Jan-Klaud Yunker, Rusiyaya reaksiya göstǝrǝrǝk deyib ki, biz enerjinin Bolqarıstana, bütün Avropaya axmasını istǝyirik. Enerji mövzusunda hǝr hansı şantajı qǝbul etmirik.
Yunker, Brüsseldǝ ötǝn gün Bolqarıstan Baş naziri Boyko Borisov ilǝ keçirdiyi mǝtbuat toplantısında, Avropanın, layihǝnin lǝğv edilmǝsilǝ ǝn ciddi zǝrǝri görǝcǝk ölkǝlǝrdǝn Bolqarıstana hǝr sahǝdǝ yardım edǝcǝyini bildirib.
Yunker, “Cǝnub axın” layihǝsinin davam etmǝsinin Rusiyadan asılı olduğunu vǝ tǝbii qaz boru kǝmǝrinin çǝkilǝ bilǝcǝyini qeyd edib.
Xatırladaq ki, bazar ertǝsi günü Türkiyǝdǝ rǝsmi görüşlǝr keçirǝn Rusiya prezidenti Vladimir Putin, ölkǝsinin “Cǝnub axın” tǝbii qaz kǝmǝr xǝtti layihǝsini davam etdirmǝyǝcǝyini açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr