Avropa İttifaqına üzv ölkələrin toplantısı

Avropa İttifaqının 4 üzvü- Almaniya, Danimarka, Finlandiya və İsveçin Xarici İşlər nazirləri Danimarkanın paytaxtı Kopenhagendə toplanıblar.

210903
Avropa İttifaqına üzv ölkələrin toplantısı

Avropa İttifaqının 4 üzvü- Almaniya, Danimarka, Finlandiya və İsveçin Xarici İşlər nazirləri Danimarkanın paytaxtı Kopenhagendə toplanıblar.
Nazirlər iclasdan sonra mətbuata açıqlama veriblər.
Danimarka Xarici İşlər naziri Martin Lidegaard qonşu ölkələr olaraq Avropa üçün əhəmiyyətli olan mövzular barədə fikir mübadiləsi apardığlarını bildirib.
Almaniya Xarici İşlər naziri Ştayınmayer, bir müddət əvvəl Berlində suriyalı qaçqınların problemləri mövzusunda konfrans təşkil olunduğunu xatırladaraq, bu konfransın məqsədinin yalnız humanitar yardım deyil, həm də İordaniya və Livan kimi ölkələrə də kömək etmək olduğunu vurğulayıb.
İsveç Xarici İşlər naziri Margot Wallström isə iştirakçı ölkələrin suriyalı qaçqınlara yardımın tərəfdarı olduqlarını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr