İngiltǝrǝ parlamenti, Fǝlǝstinin tanınmasına dair tǝklifi qǝbul

Parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, bu sənəd iki dövlət prinsipi əsasında aparılacaq danışıqlara töhfə verməlidir.

156126
İngiltǝrǝ parlamenti, Fǝlǝstinin tanınmasına dair tǝklifi qǝbul

İngiltǝrǝ parlamenti, Fǝlǝstinin tanınmasına dair tǝklifi qǝbul edib.
İngiltǝrǝ parlamenti İsraillə yanaşı Fələstin dövlətinin də tanınmasını dəstəkləyən qətnaməyə 274 leyhinə, 12 əleyhinə nisbətində səs verib.
Parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, bu sənəd iki dövlət prinsipi əsasında aparılacaq danışıqlara töhfə verməlidir.
İngiltǝrǝ Baş naziri Devid Kemeron vǝ nazirlǝr sǝsvermǝdǝ bitǝrǝf qalmağa üstünlük veriblǝr.
Qǝbul edilǝn qǝtnamǝyǝ qarşı hökumǝtin bir mǝcburiyyǝti yoxdur, ancaq qǝrarın beynǝlxalq sahǝdǝ tǝsirlǝrinin olacağı gözlǝnilir.
İsveç dǝ bu ayın ǝvvǝlindǝ Fǝlǝstini tanıma qǝrarı qǝbul etmişdi.
İngiltǝrǝ vǝ İsveçdǝn savayı dünyada 130-dan artıq ölkǝ Fǝlǝstini müstǝqil bir ölkǝ kimi tanıyıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr