Eide: "Kıbrıs müzakirәlәrinin davamı üçün sәy edәcәyәm"

Yunan tərəfinin müzakirə masasından çəkilməsindən sonra hadisələrin bundan sonra necə davam edəcəyi hər kəsdə sual yaradıb.

151660
Eide: "Kıbrıs müzakirәlәrinin  davamı üçün sәy edәcәyәm"

Yunan tərəfinin müzakirə masasından çəkilməsindən sonra hadisələrin bundan sonra necə davam edəcəyi hər kəsdə sual yaradıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Qıbrıs üzrə xüsusi müşaviri Espen Barth Eide müzakirələrin davam etdirilməsi üçün işlərinə davam edəcəyini söyləyib. Müşavir yunan lider Nikos Anastasiadis ilə görüşündәn sonra Şimali Qıbrıs Türk Respublikasına yollanıb. Prezident Derviş Eroğlu tərəfindən qəbul edilən Eide təxminən bir saat davam edən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. İki tərəf arasında körpü qurmağa çalışacağını deyən Eide iki liderin də davamlı həll istiqamətində güclü inancını qoruduğunu ifadə edib. Müşavir müzakirələri yenidən başlamaq üçün iki tərəflə danışıqlarını davam etdirəcəyini dilə gətirib. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr