İndoneziyada vulkan həyəcanı davam edir

Sumatra adasının şimalındakı Sinabung Yanardağı yenidən aktivləşib.

150150
İndoneziyada vulkan həyəcanı davam edir

İndoneziyada vulkan həyəcanı davam edir.
Sumatra adasının şimalındakı Sinabung Yanardağı yenidən aktivləşib.
Vulkanik dağdan səmaya yüksələn kül kütləsinin 3 kilometrə qədər çatdığı bildirilir. Bölgədə karantin elan edən səlahiyyətlilər dağa 3 kilometr məsafədə yaşayanlar üçün təhlükə yarandığını, buna baxmayaraq insanların hələ də həmin ərazidə yaşadıqlarından narahantlıq keçirirlər.
Vulkanik dağda meydana gələn zəlzələlər və kiçik partlamalar səbəbi ilə havaya yüksələn kül kütləsi ətraf kəndləri təsiri altında alıb. Sinabung Yanardağı ətrafında İndoneziya Milli Fəlakət İdarə Agentliyi səlahiyyətliləri tərəfindən qurulan nəzarət nöqtələrində vulkanın püskürmə risqləri və dəyərləri 24 saat ərzində nəzarət altında saxlanılır.
Qeyd edək ki, 400 il müddətində aktiv olmayan vulkanik dağda ən son partlama bu ilin əvvəlində meydana gəlmiş, 16 nəfər həyatını itirmiş, 25 nəfərsə evlərindən evakuasiya edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr