Aradakı gǝrginlik toqquşmaya doğru irǝlilǝyir

Ukrayna ordusu, sǝrhǝdi keçdiktǝn sonra tǝqib etdiyi rus kǝşfiyyat qrupuna mǝxsus zirǝhli bir texnikanı tǝxrib etdiyini irǝli sürüb.

92453
Aradakı gǝrginlik toqquşmaya doğru irǝlilǝyir

Ukrayna ilǝ Rusiya arasındakı gǝrginlik toqquşmaya doğru irǝlilǝyir.
Ukrayna ordusu, sǝrhǝdi keçdiktǝn sonra tǝqib etdiyi rus kǝşfiyyat qrupuna mǝxsus zirǝhli bir texnikanı sıradan irǝli sürüb.
Rusiya Müdafiǝ Nazirliyi isǝ Ukrayna ǝrazilǝrinǝ zirǝhli texnika göndǝrmǝdiklǝrini bildirǝrǝk xǝbǝri tǝkzib edib.
Digǝr tǝrǝfdǝn Rusiyanın Ukraynanın şǝrqinǝ göndǝrdiyi mübahisǝli yardım karvanı Ukrayna sǝrhǝd polisi tǝrǝfindǝn tǝdqiq edilir.
Rusiya, 300-ǝ yaxın yük maşınından ibarǝt yardım karvanının Ukrayna sǝrhǝd polisi tǝrǝfindǝn tǝdqiq edilmǝsinin ardından Qızıl Xaç tǝşkilatının nǝzarǝtindǝ bölgǝyǝ aparılmasını qǝbul edib.
Rusiya prezidenti Vladimir Putin, Finlandiya prezidenti Sauli Niinisto ilǝ görüşüb.
Niinisto tǝrǝflǝr arasında yardımlar barǝdǝ qǝbul edilǝn sazişin atǝşkǝsi asanlaşdıracağına ümidinin olduğunu deyib.
Putin isǝ, Ukraynanın şǝrqindǝ yaşanan toqquşmanın dayandırılması üçün ǝllǝrindǝn gǝlǝni yerinǝ yetirǝcǝklǝrini söylǝyib.
Ukrayna hökumǝtinin Luqansk bölgǝsinǝ göndǝrdiyi yardımların da bölgǝyǝ çatdığı bildirilib.
Bu arada, İsveçrǝ, Ukrayna böhranı ilǝ ǝlaqǝli olaraq Avropa İttifaqından ayrı olaraq hǝrǝkǝt etmǝyǝ hazırlaşır.
İsveçrǝ hökumǝti, İttifaqın Rusiyaya yönǝldilmiş sanksiyaları tǝtbiq etmǝyǝcǝyini, ancaq özünün tǝdbirlǝr görǝcǝyini açıqlayıb.
Macaristan Baş naziri dǝ Avropa İttifaqının Rusiyaya yönǝldilmiş sanksiyalarla iqtisadi olaraq özünǝ zǝrǝr verdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr