İordaniyanın nümayəndəsi İsraili açıqdan qınayan yeganǝ üzv olub

İordaniyanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurası İsrailin Qəzzaya qarşı qanlı hücumlarını müzakirə etmək üçün bu gecə toplanıb.

63978
İordaniyanın nümayəndəsi İsraili açıqdan qınayan yeganǝ üzv olub

İordaniyanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurası İsrailin Qəzzaya qarşı qanlı hücumlarını müzakirə etmək üçün bu gecə toplanıb.
Gündəliyinə hər hansı bir qərar layihəsinin daxil edilmədiyi iclasda Təhlükəsizlik Şurasına üzv olan ölkələr hər zamankı mövqeylərini təkrarlayıblar. Şura üzvlərinin çoxu İsrailin təhlükəsizlik addımlarının qanuni olduğunu ifadə etməklə kifayətləniblər.
Amerika Birləşmiş Ştatları və Avstraliya başda olmaqla bir çox ölkənin nümayəndəsi çıxışlarında Həmasın raket hücumlarının qəbuledilməz olduğunu və bu hücumlar qarşısında İsrailin özünü müdafiəsinin qanuni olduğunu ifadə ediblər. BMT-nin baş katibinin müavini Jeffrey Fetlman “Qəzzadan atılan raketlərin atəşkəsi pozduğunu iddia edərək İsrailin qanuni müdafiǝ haqqı vardır və Qəzzadan İsrailə təsadüfi raket atılmasını qınayırıq” deyə bildirib.
Jeffrey Fetlman Baş katib Ban Ki-Moonun bu gün Orta Şərqə gedərək atəşi dayandırmaq üçün görüşlər keçirəcəyini açıqlayıb.
Çıxış edənlər bölgədə gərginliyin aradan qaldırılması, vətəndaşların qorunması, humanitar yardım girişinə icazə verilməsi və tərəflər arasında atəşkəs təmin edilməsinin vacibliyini vurğulayıblar.
Toplantının keçirilmǝsini tələb edən İordaniyanın nümayəndəsi isə İsraili açıqdan qınayan yeganǝ üzv olub.
Fələstinin daimi nümayəndəsi Riyad Mənsur, Təhlükəsizlik Şurasında gözyaşları içində etdiyi çıxışında İsrailin etdiyi vəhşiliyin özünü müdafiə olaraq qəbul etməyəcəyini ifadə edib. Riyad Mənsur qeyd edib ki, bu hücumun məqsədlərindən biri Fələstin milli birlik hökumətini yıxmaqdır. Riyad Mənsur çıxışı zamanı öldürülən uşaqların adını oxuyarkən gözyaşlarını saxlaya bilməyib.
İsrailin daimi nümayəndəsi Ron Prosor isə, Hǝması günahlandıraraq, davam edən raket hücumları səbəbi ilə özlərini müdafiə etmək üçün quru əməliyyatından başqa seçimlǝrinin qalmadığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr