Eduard Şevardnadze dәfn mәrasimi tәşkil edilib
Eduard Şevardnadze Tiflisdə təşkil olunan dövlət mərasimi ilə dünən torpağa tapşırılıb.
128883
Ötən həftə vəfat edən Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Tiflisdə təşkil olunan dövlət mərasimi ilə dünən torpağa tapşırılıb. Şevardnadzenin cənazəsi əvvəlcə Tiflisdəki Böyük Katedraldə xalqın ziyarətinə gətirilib. Xarici ölkələrdən yüksək səviyyəli nümayəndələrin qatıldığı mərasimdə Türkiyəni Əmək və Sosial Müdafiə naziri Faruk Çelik təmsil edib. Dövlət mərasiminin ardınca Şevardnadze vəsiyyətinə əsasən yaşadığı iqamətgahın bağçasında həyat yoldaşının yanında torpağa tapşırılıb. 1995-ci ildə prezident kürsüsünə oturan, 2000-ci ildə ikinci dəfə prezident seçilən Şevardnadze Mixail Saakaşvili liderliyi ilə müxaliflərin təzyiqi nəticəsində istefa vermək məcburiyyətində qalmışdı.