BMT-dәn Qәzza ilә bağlı açıqlama

BMT Təhlükəsizlik Şurasından Qəzzada tərəflərə atəşkəs çağırışı edәn açıqlama

127501
BMT-dәn Qәzza ilә bağlı açıqlama

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası iki gün davam edən müzakirələrin ardından Qəzzada tərəflərə atəşkəs çağırışı edən mətbuat məlumatını dünən qəbul edib. Məlumatda Qəzzada yaşanan böhran və iki tərəfdəki vətəndaşların təhlükəsizlik və dincliyi mövzusunda ciddi narahatlıq duyulduğu vurğulanıb. Eyni zamanda bölgədə gərginliyin azaldılması və 2012-ci ilin noyabrında imzalanmış atəşkəsin yenidən təsis edilməsi tələb edilib. BMT-nin Təhlükəsizlik Şurasının mətbuat və prezident bildirişləri 15 üzvün hamısının təsdiqi ilə qəbul edilir. Tövsiyə xarakteri daşıyan bu məruzələrin hər hansı bir sanksiya gücü yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr