Fələstinli gənc torpağa tapşırılıb

Fələstində qaçırıldıqdan sonra yanmış cəsədi tapılan 17 yaşlı Məhəmməd Hüseyn Əbu Hudayr dünən torpağa tapşırılıb.

118274
Fələstinli gənc torpağa tapşırılıb

Fələstində qaçırıldıqdan sonra yanmış cəsədi tapılan 17 yaşlı Məhəmməd Hüseyn Əbu Hudayr dünən torpağa tapşırılıb.
Bununla əlaqədar olaraq İsrail ordusu dünən səhər Qüds ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. Mərasimdə iştirak etmək istəyənlərə mane olmaq üçün şəhərə giriş çıxış dayandırılıb. Ancaq buna baxmayaraq 10 min fələstinli gənci son mənzilə yola salmağa qatılıb.
Məscid qarşısında toplanan fələstinlilərə İsrail polisinin sərt müdaxilə etməsi qarşıdurmalarla nəticələnib. Polis aksiya iştirakçılarına qarşı göz yaşardıcı qazdan və plastik mərmidən istifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr