BMT-dən Ukrayna hərbi təyyarəsinin vululmasına münasibət

Pan Gi Mun Ukraynanın hərbi təyyarəsinin Rusiya separatçıları tərəfindən Luqanskda vurulmasını kəskin şəkildə tənqid edib.

95639
BMT-dən Ukrayna hərbi təyyarəsinin vululmasına münasibət

BMT Baş katibi Pan Gi Mun Ukraynanın hərbi təyyarəsinin Rusiya separatçıları tərəfindən Luqanskda vurulmasını kəskin şəkildə tənqid edib. BMT Baş Katibliyindən edilən şərhə görə, Pan Gi Mun, Ukraynada həlak olanların sayının artması və humanitar vəziyyətin pisləşməsinə görə, qarşıdurmaların tez bir zamanda dayandırılması və problemin danışıqlar yolu ilə həll edilməsinin lazım olduğunu qeyd edib. Cenevrədə keçirilən diplomatik həll yollarının nəticə verməməsindən məyus olduğunu deyən Pan Gi Mun bütün tərəflərdən Cenevrədə aprelin 17-də əldə olunan razılaşmaya uyğun gəlmələrini istəyib. Ukrayna Dövlət Başçısı Poroşenkoya və Ukrayna xalqına dəstək mesajları göndərən Pan Gi Mun “Bütün tərəflər Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün öz üzərinə düşənləri etməlidir” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr