Slavyanskda toqquşmalar davam edir

Ukrayna ordusu, yerlǝşdiyi şǝhǝrin ǝn hündür tǝpǝsi Karaçundan ayrılıqçıların yerlǝşdiyi bölgǝlǝrǝ tǝrǝf ağır silahlarla atǝş açıb.

77973
Slavyanskda toqquşmalar davam edir

Ukraynanın şǝrqindǝ yǝrlǝşǝn Slavyanskda toqquşmalar davam edir.
Ukrayna ordusu, yerlǝşdiyi şǝhǝrin ǝn hündür tǝpǝsi Karaçundan ayrılıqçıların yerlǝşdiyi bölgǝlǝrǝ tǝrǝf ağır silahlarla atǝş açıb.
Nǝticǝdǝ, ayrılıqçıların sıx olduğu Semenevka vǝ Artema bölgǝlǝrilǝ yanaşı şǝhǝrin mǝrkǝz bölgǝlǝrini dǝ atǝş altında qalıb, xarici jurnalistlǝrin qaldığı otǝlin yaxınlığına da atǝş edildiyi bildirilib.
Artema bölgǝsindǝki sakinlǝr, ağır silahlardan açılan gülǝlǝrinin binalara dǝydiyini dilǝ gǝtirdikdǝ, bu hücumlarda ölǝnlǝrin olub olmadığı hǝlǝ mǝlum deyil.
Xatırladaq ki, Hökumǝt qüvvǝlǝrilǝ ayrılıqçılar arasında dünǝn sǝhǝr baş vǝrǝn toqquşmada istifadǝ edilǝn ağır silahlarla şǝhǝrin mǝrkǝzindǝki uşaq xǝstǝxanasına atǝş edilmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr