Balkan və Şərqi Avropada sel fəlakəti

Balkan və Şərqi Avropa ölkələri sel fəlakəti ilə mübarizə aparır.

69302
Balkan və Şərqi Avropada sel fəlakəti

Balkan və Şərqi Avropa ölkələri sel fəlakəti ilə mübarizə aparır. Bosniya və Hersoqovinada 35, Serbiyada isə 3 nəfər təbii fəlakətin qurbanı olub. Bosniya və Hersoqovinada fəlakət səbəbindən yollar bağlanıb, 100-dən çox torpaq sürüşməsi baş verib, 65 min nəfər işıqsız qalıb. Evlərin damlarına çıxan insanlar vertolyot və qayıqlar vasitəsilə xilas edilir. Türkiyə Bosniya və Hersoqovinaya yardım edib. Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin hazırladığı 3 yük maşını yardım seldən daha çox zərər görən bölgələrdən olan Maglaya yola düşüb. Yardıma qoşulan digər bir qurum isə Türk Təmsil Heyəti İdarəsi olub.
Serbiyada da vəziyyət ürəkaçan deyil. Paytaxt Belqrad yaxınlığındakı Obrenovaç qəsəbəsində sel səbəbindən minlərlə insan evlərin damına çıxaraq kömək gəzləyir. Sel səbəbindən ölkədə elektrik enerjisi ilə təminat pozulub, kömür mədənlərini su basıb, dağlıq ərazilərdə isə qar fırtınası qeydə alınıb. Polşa, Rumıniya, Avstriya və Xorvatiyada da oxşar vəziyyətdir. Bu ölkələrdə də yüzlərlə ev suyun altında qalıb, quru və dəmir yolu səfərləri təxirə salınıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr