Putinin Rusiya ilә bağlı iddiaları tәkzib edilib

Qәrb ölkәlәri Rusiya prezidenti Vladimir Putinin Rusiya Ordusunun Ukrayna sərhədindən çıxarıldığına dair iddialarını tәkzib edib.

63809
 Putinin Rusiya ilә bağlı iddiaları tәkzib edilib

Qәrb ölkәlәri Rusiya prezidenti Vladimir Putinin Rusiya Ordusunun Ukrayna sərhədindən çıxarıldığına dair iddialarını tәkzib edib.

ABŞ vә NATO bununla bağlı konkret dəlil olmadığını açıqlayıb.

ABŞ Dövlәt Departamentinin nümayәndәsi Cen Psaki bu məlumatı təsdiqləyəcək heç bir faktın olmadığını bildirib. Putinin Rusiya yönümlülərə mayın 11-də keçirməyi planlaşdırdıqqları referendumu təxirə salmalarına dair çağırışına da toxunan Psaki, bunun problemin hәllinә töhfә verәcәyini, lakin rəsmi Moskvanın daha çox sәy göstərməsinin vacibliyini vurğulayıb.

NATO-nun baş katibi Anders Fogh Rasmussen isə əsgərlərin sәrhәd mәntәqәsindәn çıxarılması vә beynəlxalq öhdəliklərin yerinә yetirilmәsi ilə bağlı Rusiyaya növbəti dəfə çağırış ünvanlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr