ABŞ, 2013-ci ilin terror hesabatını açıqlayıb

Terror təşkilatı PKK və İnqilabçı xalq qurtuluş partiyası cebhәsi, ABŞ-nın xarici terror təşkilatları siyahısına salınıb.

62030
ABŞ, 2013-ci ilin terror hesabatını açıqlayıb

ABŞ, 2013-ci ilin terror hesabatını açıqlayıb.

Amerika dövlәt katibliyinin 2013-cü ilin ölkələr hesabatına görə , terror təşkilatı PKK və İnqilabçı xalq qurtuluş partiyası cebhәsi, xarici terror təşkilatları siyahısına salınıb.

Hesabatda, ötәn il Ankaradakı Amerika səfirliyi binasının girişində hәyata keçirilәn komikadze hücumu və Reyhanlıda törәdilәn partlayışlardan söz aparılıb. Reyanlıdaki hadisәdә 52 nәfәrin öldüyü və Türkiyənin müasir tarixində yaşanan ən əhəmiyyətli hadisə olduğu vurğulanıb.

Ankarada ABŞ səfirliyinin girişində hәyata keçirilәn hücumdan isә İnqilabçı xalq qurtuluş partisayı cebhәsi təşkilatının məsul olduğu, 1 Fevralda törәdilәn hadisәdә 1 təhlükəsizlik işçisinin öldüyü qeyd edilib. Paris cinayətlərinin dә әks etdiyi hesabatda 3 Kürd qadının öldürüldüyü, şübhəlinin Fransada tutulduğu bildirilib.

Hesabatın İraq ilə əlaqədar hissəsində isә, 2013-cü ilin ilk 6 ayında Türkiyə , ABŞ və İraqın, bölgədə terror təşkilatına qarşı mübarizə çərçivəsində üçtәrәfli təhlükəsizlik dialoqunun davam etdiyi xatırladılıb.

Həll prosesinə də istinad edilən hesabatda yüzlərlə terrorçunun may ayında Türkiyəni tәrk edәrәk İraqın şimalında yerləşdiyi bildirilәrkәn, Suriya hissәsindә, Əsəd rejiminin terrorizmə dəstək təmin etməkdә davam etdiyi vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr