Liderlər Astanada keçirilən iclasda çıxış ediblər

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Asiya qitəsindəki ölkələrin dünya iqtisadiyyatında alıcılıq qabiliyyəti paritetinə görə lider olduqlarını bəyan edib.

1892310
Liderlər Astanada keçirilən iclasda çıxış ediblər
sadir caparov.jpg
putin.jpg
tokayev.jpg

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Asiya qitəsindəki ölkələrin dünya iqtisadiyyatında alıcılıq qabiliyyəti paritetinə görə lider olduqlarını bəyan edib.

O, “21-ci əsrin Asiya əsri olacağı ilə bağlı proqnoz bu gün özünü doğrultdu” deyib.

Tokayev Qazaxıstanın paytaxtı Astanada Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə  (AƏET) VI sammitində çıxış edib.

Ev sahibi Tokayev bu il AƏET təşəbbüsünün 30-cu ildönümünü qeyd etdiklərini və bu müddət ərzində konfransın beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq ilə müasir diplomatiyanın mərkəzinə çevrildiyini bildirib.

Asiya qitəsindəki ölkələrin dünya iqtisadiyyatında alıcılıq qabiliyyəti paritetinə görə lider olduqlarına diqqət çəkən Tokayev "21-ci əsrin Asiyanın əsri olacağı ilə bağlı proqnoz bu gün özünü doğruldur. Region mühüm insan və təbii ehtiyatlara malikdir. Dünyanın 30 ən böyük şəhərindən 21-i Asiyada yerləşir" deyib.

Tokayev həmçinin bildirib ki, bu gün onlar AƏET-nin beynəlxalq təşkilata çevrilməsi ilə bağlı konkret qərar qəbul edəcəklər:

“AƏET-nin statusunun yüksəldilməsi Asiyanın beynəlxalq məsələlərdə artan rolunu gücləndirəcək və üzv dövlətlər arasında qarşılıqlı əlaqəni yeni səviyyəyə qaldıracaq”. 

Azərbaycan Prezidenti İlham Əliyev də plenar iclasda çıxış edib.

Aliyev Azərbaycanın Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini bildirib.

"İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi"-deyə qeyd edib.

Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu.

Rusiya prezidenti Vladimir Putin də sammitdəki çıxışında ölkəsinin kritik məhsulları ehtiyacı olan ölkələrə çatdırmaq üçün səy göstərdiyini qeyd edib:

“Biz ərzaq təhlükəsizliyi sahəsindəki aktual problemlərin həlli üçün bütün süni, qeyri-qanuni maneələri aradan qaldırmağa çağırırıq”. 

Asiyada yeni güc mərkəzlərinin yarandığını vurğulayan Rusiya lideri deyib:

“Dünya həqiqətən çoxqütblü olur və yeni güc mərkəzlərinin inkişaf etdiyi Asiya əsas rol oynayır”. 

Qırğızıstan prezidenti Sadir Çaparov da konfransın siyasi, iqtisadi və humanitar sahələrdə etimadı artıracaq tədbirlərin həyata keçirilməsi ilə yanaşı birgə çətinliklərə, etimad və sabitliyə yönəldilmiş təhdidlərin qarşısını almaq üçün bir mexanizmə çevrildiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr