Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 aprel 2022)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1808954
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (7 aprel 2022)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 4 755, hazırkı dövrədək isə 6 731 315 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 9497 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 232 234 təşkil edir.



Әlaqәli Xәbәrlәr