Prezident Rəcəb Tayyib Ərdoğan ikinci 100 günlük icraat proqramını tədim etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara-Konya reysini həyata keçirən sürət qatarının bələdçi lokomotivlə toqquşması nəticəsində baş verən qəza ilə əlaqəli istintaqın başlandığını bildirdi.

1106411
Prezident Rəcəb Tayyib Ərdoğan ikinci 100 günlük icraat proqramını tədim etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Ankara-Konya reysini həyata keçirən sürət qatarının bələdçi lokomotivlə toqquşması nəticəsində baş verən qəza ilə əlaqəli istintaqın başlandığını bildirib.

Ərdoğan Beştepe Millət Konqresi və Mədəniyyət Mərkəzində “Prezidentliyin İkinci 100 Günlük İcraat Proqramı”nın təqdimatı zamanı etdiyi çıxışda deyib ki, bu gün səhər saatlarında Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən bələdçi lokomotivlə toqquşması nəticəsində 3-ü maşinist  olmaqla 9 vətəndaşımız həlak olmuş, 47 vətəndaşımız isə yaralanmışdır. Cümhuriyyət Prokurorluğumuz indiyədək 3 nəfəri saxlayıb. Bu qəza hərtərəfli  tədqiq ediləcək və məsuliyyəti olanlar ortaya çıxarılacaq, sonra da lazım olan yerinə yetiriləcəkdir.  

Digər tərəfdən, “İlk 100 Günlük İcraat Proqramı”nın 97 faizinin reallaşdığını söyləyən prezident Ərdoğan 400 əməliyyatdan 340-nın tamamlandığını deyib, ayrıca yeni dövrdə Fətullahçı terror təşkilatının (FETÖ) ölkə xaricindəki təşkilatlanmasını, xüsusilə maliyyə hissəsinə zərbə endirilməsi üçün yeni addımların atılmağa başlanacağını bildirib.

Prezident Ərdoğan “Türk axını” layihəsinin də Türkiyə ərazisindəki hissəsinin tikinti işlərinin 2019-cu ilin axırınadək tamamlanacağını vurğulayıb.  



Әlaqәli Xәbәrlәr