Türkiye mətbuatı: 7 dekabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2073488
Türkiye mətbuatı: 7 dekabr 2023

''Sabah'': Ərdoğandan İsrailə sərt xəbərdarlıq

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail kəşfiyyat təşkilatı ''Mossad''ın Türkiye də daxil olmaqla bəzi ölkələrdə Həmas liderlərinə sui-qəsd etməyə hazırlaşdığı xəbəri ilə bağlı iddialara reaksiya verib. Türkiye Prezidenti deyib: ''Türkiyeyə qarşı belə bir addım atmağa cəsarət etsələr, bunun əvəzini ağır şəkildə ödəyəcəklər''.

''Star'': Türkiye İsrailə reaksiya verdi

Türkiye Xarici İşlər Nazirliyi İsrailin Fələstin ərazisində qeyri-qanuni yaşayış məntəqələrinin sayını artırmasına reaksiya verdi.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir: "İsrail hakimiyyətinin Qəzzada dinc əhaliyə qarşı hücumlarını davam etdirərkən, işğal etdiyi Fələstin ərazilərində qeyri-qanuni yaşayış məntəqələrinin sayını artırmasını qəti şəkildə qınayırıq''.

''Hürriyet'': ''Göktürk-1'' peykinin 7 yaşı tamam oldu

Milli Müdafiə Nazirliyi Türkiyenin müşahidə peyklərindən biri olan ''Göktürk-1'' peykinin 7 yaşında olduğunu açıqlayıb və "Göktürk-1''in kosmosdakı missiyası zamanı dünyanı 37 min 378 dəfə dövr edərək 82 min 913 görüntü qeydə aldığını açıqlayıb.

''Haber Türk'': Anadoluya aid  41 əsər Türkiyeyə gəri qaytarılır
ABŞ-da ələ keçirilən Anadoluya aid  41 tarixi əsər Nyu-Yorkda Türkiye rəsmilərinə təhvil verilib. Geri qaytarılan tarixi əsərlər arasında təqribən 60 il əvvəl Burdurdakı Boubon Antik Şəhərindən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılaraq müxtəlif muzey və kolleksionerlərə satılan bəzi əsərlər də var.

''Yeni Şafak'': Turizmdə yeni rekorda imza atılıb

Dünyanın ən əhəmiyyətli turizm şəhərlərindən biri olan Antalya 2023-cü ilin noyabr ayının sonunadək 200-ə yaxın ölkədən 15 milyon 371 min turistə ev sahibliyi edib. Antalya 2023-cü ildə qəbul etdiyi turist sayına görə yeni rekorda imza atdı.



Әlaqәli Xәbәrlәr