Türkiye mətbuatı: 22 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2067159
Türkiye mətbuatı: 22 noyabr 2023

''Sabah'': Ərdoğan Əlcəzairdə bəyanat verdi
Prezident Rəcəb Tayyib Ərdoğan dünən Əlcəzairdə verdiyi bəyanatda bu ifadələrə yer verib: "İsrailin kollektiv cəzaya çevrilən və hərbi cinayət hesab edilən hücumlarını qəbul etmirik. Əsas məqsədimiz Qəzzada davamlı atəşkəsin təmin edilməsi və humanitar yardımların bölgəyə fasiləsis çatmasını təmin etməkdir''.
''Star'': Türkiyenin 3-cü təxliyyə planı
Türkiyenin səhiyyə naziri Fəxrəddin Koca 50 nəfərlik xəstə siyahısı hazırladıqlarını və yaxın günlərdə Qəzzadan üçüncü təxliyənin həyata keçiriləcəyini bildirib.

''Hürriyet'': Müəllim Səlcuq ''Dünyanın 10 Uğurlu Gənci''ndən biridir
Müəllim Səlcuq Yusuf Arslan Beynəlxalq Gənc Liderlər və Sahibkarlar Dərnəyi (JCI) tərəfindən “Dünyanın 10 Uğurlu Gənci”ndən biri seçilib. 'Ətraf Mühitin Mühafizəsi və Əxlaqi Liderlik' sahəsində dünyada birinci olan Arslan bu mükafatı alan ilk türk müəllim oldu.

''Vatan'': Din tarixini dərindən sarsıdacaq bir kəşf
Amasiyadakı Oluz kurqanında aparılan qazıntılar zamanı Med Krallığı dövrünə aid olan 2600 illik qurbangah aşkar edilib. Qazıntı işlərinin rəhbəri professor Şevket Dönmez deyib: "Həm Med, həm də Fars dövründə od kultuna aid qurbangah və məbədlərin ortaya çıxması Kiçik Asiyanın din tarixini və arxeologiyasını dərindən sarsıtdı''.

''Haber Türk'': ''Yarğı'' serialı ''Emmi'' mükafatına layiq görülüb

Bu il 51-ci dəfə keçirilən Beynəlxalq ''Emmi'' mükafat mərasimi Nyu Yorkda təşkil edilib. Məlumata görə, ''Yargı'' seriyalı ''Emmi'' mükafatına layiq görülüb.



Әlaqәli Xәbәrlәr