Türkiyə mətbuatı, 3 oktyabr 2023

“Haber Türk”, “Sabah”, “Yeni Şafak”, “Star” və “Hürriyet” nələrdən yazır?

2045315
Türkiyə mətbuatı, 3 oktyabr 2023

 

“Haber Türk”: Ərdoğan “Sərmayə bazarlarımızın genişlənməsinə üstünlük verəcəyik" dedi

  Prezident Rəcəb Tayyib Ərdoğan VII Türkiyə Sərmayə Bazarları Konqresinə ünvanladığı mesajda “Son 21 ildə 255 milyard dollar beynəlxalq sərmayə cəlb etmiş bir ölkə olaraq biz sərvətlərimizi daha da artırmağa, sərmayə bazarlarında yayılmasına xüsusi əhəmiyyət və prioritet verəcəyik" deyə bildirib.

“Sabah”: Aİ-dən Türkiyə bəyanatı

  Avropa İttifaqı (Aİ) Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətləri davam etdirməyə sadiqliyini təsdiqləyib.

“Yeni Şafak”: İraq-Türkiyə Neft Kəməri bu həftə istifadəyə veriləcək

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İraq-Türkiyə Neft Boru Kəmərinin istismara hazır olduğunu və bu həftə işə düşəcəyini bildirib.

“Star”: Türkiyə-Qətər əməkdaşlığı inkişaf edir

  Qətər-Türkiyə ticari əməkdaşlığı getdikcə artır. Türkiyənin icarət naziri Ömər Bolat 220 Qətər şirkətinin Türkiyədə mühüm layihələr həyata keçirdiyini bildirərək "Qətərin Türkiyəyə yatırdığı sərmayələr 20 milyard dolları keçib" deyib.

“Hürriyet”: Daha 2204 “Togg” çatdırılıb

  Türkiyənin yerli elektrikli yerli və milli “Togg” avtomobil satışlarında sentyabr ayında 2204 ədəd “T10X”, may ayından bu yana isə tədarük sayı 5604 ədəd olub.



Әlaqәli Xәbәrlәr