Türkiyə mətbuatı, 3 avqust 2023

“Haber Türk”, “Hürriyet”, “Vatan”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

2019529
Türkiyə mətbuatı, 3 avqust 2023

 

“Haber Türk”: Ərdoğan Putinlə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İki ölkə başçısı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. R.T.Ərdoğan “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Dəhlizinin sıradan çıxmasının heç kimin marağında olmadığını vurğulayıb.

“Hürriyet”: ABŞ mediası yazdı ki, yeni dünya qurulur

  ABŞ-ın ən böyük mətbuat orqanlarından olan “Cnbc” 2023-cü ilin sentyabr ayındakı Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi danışıqlarının arxasında Qərbdən fərqli olaraq prezident R.T.Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salmanın olduğunu bildirərək bu vəziyyətin “yeni dünya”ya işarə etdiyini yazıb.

“Vatan”: “Disney”in “Atatürk” serialı ilə bağlı qalmaqallı qərarına reaksiya

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiyanın sözçüsü Ömər Çelik ABŞ mərkəzli serial/film platforması “Disney”in "Atatürk" serialının ekranda göstərilməsini ləğv etməsinə reaksiya verərək "Bu, Qərb demokratiyalarında yaşanan böhranla əlaqəli bir vəziyyətdir" deyib.

“Yeni Şafak”: “Global Traveller” jurnalından İstanbul Hava Limanına 2 mükafat

  İstanbul Hava Limanı ABŞ-da fəaliyyət göstərən “Global Traveller” səyahət jurnalı tərəfindən ardıcıl ikinci dəfə “Ən yaxşı transfer hava limanı” və “Ən yaxşı ailə dostu beynəlxalq hava limanı” mükafatlarına layiq görülüb.

   Xatırladaq ki, İstanbul Hava Limanı beynəlxalq aviasiya reytinq agentliyi “Skytrax” tərəfindən də “Dünyanın ən yaxşı hava limanı” və “Dünyanın ən yaxşı ailə dostu hava limanı” seçilmiş və həm də “Cənubi Avropanın ən yaxşı hava limanı” elan edilmişdi.

“Sabah”: Britaniya vəkil: “ŞKTR niyə müstəqil dövlət deyil?”

  İngiltərə Demokratik Birlik Partiyasından (DUP) millət vəkili Semmi Uilson (Sammy Wilson) Şimali Kipr Türk Respublikasının (ŞKTR) Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb olmadığını bildirib.

 



Әlaqәli Xәbәrlәr