Türkiye mətbuatı: 20 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2013697
Türkiye mətbuatı: 20 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Sabah'':  "Türkiye ilə BƏƏ arasında əməkdaşlığa dair 13 sənəd imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) prezident Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşündən sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata əsasən, razıalşamaların ümumi dəyəri 50,7 milyard dollardır. İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

''Hürriyet'': "Newsweek'' diqqət çəkən təhlik xarakterli məqalə dərc edib

Rusiyanın Taxıl Dəhlizi Sazişindən çıxmasından sonra ''Newsweek'' diqqət çəkən məqalə dərc edib. Ərdoğanın böhrandakı roluna diqqət çəkən ABŞ jurnalı Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin Ərdoğanın dəstəyini almaq üçün mübarizə apardığını yazıb.

''Yenisafak'': Türkiye ilə Yunanıstan Şərqi Aralıq dənizində hərbi təlim keçirdi

2020-ci ilin yayında Şərqi Aralıq dənizində artan gərginlikdən sonra üz-üzə gələn Türkiye və Yunanıstan hərbi gəmiləri 3 il sonra NATO çətiri altında İngiltərə ilə birgə təlim keçirib.

''Star'': Pulsuz 5 ulduzlu ictimai çimərliklərin sayı 35-ə yüksəldi

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Antalyada istifadəyə veriləcək 2 min 600 şezlong tutumlu Küçük Çaltıcak pulsuz xalq çimərliyi ilə 5 ulduzlu ictimai çimərliklərin sayı 35-ə çatacaq.

''Habertürk'': Antalyaya hava yolu ilə gələn turistlərin sayı 7 milyonu keçib

Dünyanın hər yerindən turist cəlb edən Antalyaya bu il hava yolu ilə gələn turistlərin sayı 7 milyon 37 min 883 çatıb.



Әlaqәli Xәbәrlәr