Türkiye mətbuatı: 8 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1956502
Türkiye mətbuatı: 8 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Habertürk'': Cənubi Koreya prezidenti Türkiye ilə ''əsl qardaş ölkə" olduqlarını söylədi.
Cənubi Koreya Prezidenti Yun Sok Yol Türkiye ilə "əsl qardaş ölkələr" olduqlarını bildirib.
Cənubi Koreyanın Ankaradakı səfirliyindən verilən yazılı açıqlamaya görə, Cənubi Koreya prezidenti fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyedə axtarış-xilasetmə işlərində iştirak edən Koreyanın Fəlakətlərə Yardım Qrupu ilə görüşüb.
Yun Sok Yol "Əməkdaşlığımız iki ölkənin "əsl qardaş ölkə" olduğunu göstərən bir simvol olacaq" deyib.

''Sabah'': BMT: ''Türkiyedə baş verən zəlzələlərin vurduğu ziyanın 100 milyard dolları keçdiyi təxmin edilir"

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Türkiye üzrə daimi nümayəndəsi Louisa Vinton bildirib ki, Türkiyedə baş verən zəlzələlərin vurduğu ziyanın 100 milyard dolları keçdiyi təxmin edilir.

''Hürriyet'':  ''Kızılelma'' ABŞ mediasının gündəmindədir

Yanvarın 23-də “Baykar” şirkəti tərəfindən istehsal edilən və ikinci sınaq uçuşunu uğurla həyata keçirən  Türkiyenin milli pilotsuz döyüş təyyarəsi “Kızılelma” ABŞ mediasının gündəmindədir. ''Business Insider'' bildirir ki, ''Kızılelma'' Türkiyenin inkişaf etməkdə olan dron sənayesinin dönüş nöqtəsinə çevrilib.

''Yenisafak'': Beş sektor ixracatda rekorda imza atıb
Kahramanmaraşda baş verən zəlzəyəyə baxmayaraq 5 sektor (dəri və dəri məmulatları, avtomobil sənayesi, elektrik və elektronika, zərgərlik, kondisioner sənayesi) yanvar-fevral aylarında icracda rekorda imza atıb.

''Star'': İstanbul hava limanı dünyanın ən yaxşı hava limanı siyahısına daxil edilib

Beynəlxalq Hava Limanları Şurası (ACI World) və səyahət texnologiyaları şirkəti Amadeus tərəfindən aparılan sorğulara əsasən, İstanbul Hava Limanı dünyanın ən yaxşı hava limanları arasında yer alıb.



Әlaqәli Xәbәrlәr