Türkiye mətbuatı: 7 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1955909
Türkiye mətbuatı: 7 mart 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Ərdoğan: ''Seçkilər mayın 14-də keçiriləcək''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, seçkilərin mayın 14-də keçiriləcəyini təkrar edib. “Martın 10-da Konstitusiyanın verdiyi səlahiyyətə əsaslanaraq seçkilərlə bağlı qəbul edəcəyimiz qərar növbəti gün ''Resmi Gazete''də dərc olunacaq'',-deyə Türkiye Prezidenti qeyd edib.

''Habertürk'': "Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğludur"

CHP, İYİ Partiya, Demokrat Partiyası, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyası liderlərinin yer aldığı Millət İttifaqının prezidentliyə namizədi CHP sədri Kamal Kılıçdaroğlu oldu. 5 partiyanın lideri vitse-prezident olacaq.

''Yenisafak'': Türkiyə silahları Almaniyada keçirilən sərgidə böyük marağa səbəb olub

Dünyanın aparıcı yüngül silah istehsalçılarından biri olan CANiK, Almaniyanın Nürnberq şəhərində keçirilən ''Enforce Tac'' müdafiə və təhlükəsizlik avadanlıqları sərgisində məhsullarını nümayiş etdirdi. Sərgidə CANiK-in stendi böyük marağa səbəb olub.

''Sabah'': "TAV-ın idarə etdiyi 3 hava limanı dünyanın ən yaxşı hava limanları siyahısına salınıb
TAV Hava Limanları tərəfindən idarə olunan Ankara Esenboğa, Skopye və Zaqreb hava limanları Beynəlxalq Hava Limanları Şurası (ACI World) tərəfindən "Havalimanlarında Xidmət Keyfiyyəti-Airport Service Quality ASQ"  proqramı çərçivəsində öz kateqoriyalarında "Ən Yaxşı Hava Limanı" mükafatına layiq görülüblər.

''Star'':  "Türkiyə zəlzələyə baxmayaraq turist cəlb etməyə davam edir"

Türkiye Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) İdarə Heyətinin sədri Firuz Bağlıkaya fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş şəhərlərin turizm bazarında mühüm yer aldığını bildirib.

F.Bağlıkaya bu bölgələrin xüsusilə qastronomiya və mədəniyyət turlarının vazgeçilmez destinasiyalar arasında olduğunu vurğulayıb.

F.Bağlıkaya zəlzələnin 2023-cü il turizm hədəflərinə təsiri ilə bağlı suala cavab verərək deyib ki,  yaşadığımız bu böyük fəlakətin turizm sektoruna təsirini qarşıdan gələn günlərdə daha aydın görəcəyik. Bu mənada ITB Berlin turizm sərgisində keçirəcəyimiz təmaslar və görüşlər böyük əhəmiyyət kəsb edir. Türkiye ənənəvi olaraq turizm potensialının ən yüksək olduğu bazarlarda yenə də diqqət mərkəzindədir. Bu çərçivədə Almaniya, Rusiya, İngiltərə, Polşa və Hollandiya kimi ölkələrdən rezervasiya tələbləri ön plana çıxır.



Әlaqәli Xәbәrlәr