Türkiyə mətbuatı, 20 fevral 2023

“Star”, “Haber Türk”, “Hürriyet”, “Sabah” və “Vatan” nələrdən yazır?

1948398
Türkiyə mətbuatı, 20 fevral 2023

 

“Star”: Dünya ölkələri başçılarından prezident Ərdoğana başsağlıqları

  Bolqarıstan, Malta, Albaniya ölkə başçıları və Bosniya Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü Bakir İzzetbeqoviç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələnin yaralarının tezliklə sağalması diləklərini çatdırıblar.

“Haber Türk”: Blinken və Çavuşoğlu zəlzələ bölgəsində oldu

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken fevralın 19-da Kahramanmaraşda zəlzələlərin təsirli olduğu Hatayda oldular.

“Hürriyet”: Nazir Koca “Bölgədə epidemiya aşkarlanmayıb” dedi

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca zəlzələ bölgəsində yoluxucu xəstəliklərlə bağlı analiz cavabları və məlumatları mütəmadi olaraq izlədiklərini bildirərək "Bu çərçivədə indiyədək heç bir yoluxucu xəstəlik aşkarlanmayıb" deyə söyləyib.

“Sabah”: “Kapgan” nümayiş etdirilir

  Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən pilotsuz quru vasitəsi “Kapgan”, Abu Dabidə keçiriləcək İDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı çərçivəsində ilk dəfə xaricdə sərgilənəcək.

“Vatan”: Türkiyənin Körfəz ölkələrinə ixracı artıb

  Türkiyənin Körfəz ölkələrinə ixracatı 2023-cü ilin yanvar ayında kemən ilin eyni dövrü ilə müqayisədə 16,1 % artaraq 1 milyard 431 milyon dollara çatıb.



Әlaqәli Xәbәrlәr