Mətbuatdan günün xülasəsi, 19 dekabr 2022

“Yeni Şafak”, “Star”, “Haber Türk”, “Sabah” və “Hürriyet” nələrdən yazır?

1920544
Mətbuatdan günün xülasəsi, 19 dekabr 2022

 

“Yeni Şafak”: Türkiyə, Almaniya və Yunanıstan arasında kritik təmas

  Türkiyə, Almaniya və Yunanıstan nümayəndə heyətləri Belçikada üçtərəfli görüş keçirib. Görüşdə Türkiyə ilə Yunanıstan arasında danışıq kanallarının canlandırılması müzakirə edilib.

“Star”: "Ən yaxşı 10 ölkədən biri olacağıq"

  Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 2023-cü ildə ilk yerli rabitə peyki olan “Türksat 6A”nı kosmosa göndərməyi planlaşdırdıqlarını və bununla Türkiyəni rabitə peykləri istehsal edə bilən 10 ölkə arasında yer almasını təmin edəcəklərini bildirib.

“Haber Türk”: 4 qazma gəmisi eyni anda iş başındadır

  Türkiyə Neft Şirkəti - TPAO Qara dənizdə “Fatih”, “Yavuz” və “Kanuni”, Aralıq dənizində isə “Abdülhamid Han” qazma gəmilərinin eyni vaxtda növbətçi olduğunu bildirib.

“Sabah”: Türkiyə alimləri xəstəlikləri nəfəsdən təsbit edən ağıllı cihaz istehsal edəcək

  Türkiyə alimləri süni intellekt texnologiyasından istifadə edərək insan nəfəsindəki komponentlərdən xəstəlikləri aşkarlaya bilən ağıllı analizator hazırlayacaqlar.

“Hürriyət”: Dünya çempionatı 2022-də çempion Argentina oldu

  Argentina 90 dəqiqəni 2-2, uzatmaları 3-3 edərək 2022-ci il Dünya Kubokunun finalında penaltilər seriyasında Fransa üzərində 4-2 üstünlüyü qazanaraq çempion oldu.



Әlaqәli Xәbәrlәr