Türkiye mətbuatı: 31 oktyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1899703
Türkiye mətbuatı: 31 oktyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Yeni Şafak'': Türkiye Milli Müdafiə Nazirliyi Ukraynaya taxıl daşınması ilə bağlı bəyanat yayıb.
Türkiyenin Milli Müdafiə Nazirliyi Rusiyanın Stavropoldakı hücumlara görə taxıl daşınmasını müvəqqəti olaraq dayandırdığını bildirib. ''Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb".
Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək", -deyə məlumatda deyilir.
Nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə baxışın davam etdirilməsi planlaşdırılır.

''Star'': “Ən təhlükəsiz marşrut Türkiyedir”
Türkiyenin xəzinə və maliyyə naziri Nurəddin Nebati Türkiyenin coğrafi mövqeyinə görə Rusiya, İran və Səudiyyə Ərəbistanından enerji daşınması məsələsində dəhliz mövqeyində olduğunu ifadə edib.
Nurəddin Nebati deyib: ''Türkiyə üzərindən hər növ təbii qaz və neft daha ucuz və təhlükəsiz şəkildə nəql edilə bilər''.

''Sabah'': “Çılğın türklər gəlir”

Oktyabrın 29-da Bursada açılışı edilən Türkiyənin ilk yerli avtomobilinin istehsal ediləcəyi Togg zavodu dünyada geniş əks-səda doğurdu. Türkiyənin diqqətəlayiq bir addım atdığını bildirən qəzetlər prezident Rəcəb Tayyib Ərdoğanın “Çılğın türklər” sözlərini xüsusilə vurğulayıblar.

''Hürriyet'': “Togg dünya mətbuatında”

Toqq zavodunun açılışı dünya mətbuatında geniş işıqlandırılıb. Bloomberg bu xəbəri “Ərdoğan Türkiyenin ilk elektrikli avtomobilini təqdim etdi” başlığı ilə oxucularına təqdim edib. Almaniyanın ''Deutsche Welle'' qəzeti isə yaydığı  xəbərdə 'Türkiye Togg ilə tarix yazır'' ifadələrini vurğulayıb.  Rusiyanın Ria Novosti xəbər agentliyi yerli elektriklə işləyən avtomobilin 30 dəqiqəyə enerji yığa biləcəyini və 500 kilometr məsafə qət edə biləcəyini yazıb.

''Vatan'':“Türkiyənin rəngləri Toggda”

Togg yerli avtomobilinin rəngləri bəlli olub. Toqqun etdiyi paylaşımda deyilir: “C-SUV avtomobilində Gemliyin zeytun ağaclarının kölgəsi altındakı mavi suları, Anadolu torpaqlarında dostluğu əks etdirən qırmızını, Oltu daşının heyranedici qaralığını, Kulanın təbii quruluşu, qayaları və vadiləri ilə  milyonlarla illik tarixi günümüzə daşıyan bozunu, Kapadokiyanın  fövqəladə gözəlliyə malik pəri bacalarının torpaq və qum bejini və Pamukkale travertenlərinin göz qamaşdıran ağlığını bir araya gətirdik''.



Әlaqәli Xәbәrlәr