Türkiyə mətbuatı, 25 avqust 2022

“Haber Türk”, “Hürriyet”, “Vatan”, “Yeni Şafak” və “Star” bu gün nələrdən yazır?

1872069
Türkiyə mətbuatı, 25 avqust 2022

 

“Haber Türk”: Müqavilədə hədəf 75 milyard dollardır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Beynəlxalq müqavilə xidmətlərinin həcminin 2030-cu illərdə 750 milyard dollara çatması gözlənilir. Biz birlikdə bu böyük tortda ölkəmizin payını 10 faizə, yəni ilk növbədə 75 milyard dollara çatdırmağı hədəfə almalıyıq”.

“Hürriyet”: Rusiyadan Antaliya üzərindən uçuş planı

  Rusiyadakı turizm agentlikləri və firmaları Türkiyədə təxminən 2 ay sonra bağlanacaq yay mövsümündən sonra Antaliya üçün yeni planlar qurmağa başlayıb. Qış aylarında Uzaq Şərq və Karib bölgəsindəki isti dənizlərə çatmaq istəyən rusiyalı turistlər üçün ağrılı və yorucu bir səyahət olacağını bildirən Rusiya Tur Operatorları Birliyinin sədr müavini Aleksan Mıkırçan: "Ən qənaətcil və rahat marşrut planı Türkiyənin Antaliya hava limanından ola bilər”, - deyib.

“Vatan”: Ən çox neft ehtiyatına malik ölkələr açıqlanıb

  Beynəlxalq Enerji Agentliyi (İEA) ən çox neft ehtiyatına malik ölkələrin yenilənmiş siyahısını açıqlayıb. Ümumi hasil olunan neft ehtiyatları 1 trilyon 779 milyard barrelə yüksələrkən, Türkiyənin bir çox ölkəni geridə qoyması diqqət çəkib. Türkiyə 340 milyon barellə 18-ci yerdə qərarlaşıb.

“Yeni Şafak”: İstanbul birjasına xarici maraq var

  “Borsa İstanbul” BİST 100 indeksi 3 min 100 bal barajını aşdı. Artımda xarici investor marağı mühüm rol oynasa da, indeks ilin əvvəlindən bu yana 61 faiz artıb.

“Star”: Akardan terrorla mübarizədə qətiyyət mesajı

  Türkiyə Silahlı Qüvvələrinin PKK/YPG və PYD-yə qarşı əməliyyatlarına diqqət çəkən milli müdafiə naziri Hulusi Akar deyib: “85 milyon vətəndaşımızın etibarını təmin etmək üçün çalışırıq. Əsas hədəfimiz terrorçulardır. Onlar haradadırsa, hədəfimiz ordadır. Bu əməliyyat nə qədər sürəcək? Sonuncu terrorçu zərərsizləşdirilənə qədər”.

 



Әlaqәli Xәbәrlәr