Türkiyə mətbuatı, 23 avqust 2022

“Haber Türk”, “Vatan”, “Star”, “Yeni Şafak” və “Hürriyet” bu gün nələrdən yazır?

1871023
Türkiyə mətbuatı, 23 avqust 2022

 

“Haber Türk”: Ərdoğan “Məqsədimiz Putin və Zelenskini bir araya gətirməkdir” dedi

  Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəni sülh yolu ilə bitirmək üçün hər cür səy göstərir. Hər iki ölkənin başçıları ilə danışıqlar apardığını söyləyən Ərdoğan: “Məqsədimiz böhranı köklü şəkildə həll etmək üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini Türkiyədə bir araya gətirməkdir”, - deyib.

“Vatan”: Akar “Önümüzdəki günlərdə taxıl daşınmaları daha da artacaq” dedi

  Ukrayna limanlarından taxıl daşınması davam edir. Türkiyəniun milli müdafiə naziri Hulusi Akar bildirib ki, avqustun 1-dən bu yana Ukrayna limanlarından 721 min 449 ton taxıl daşınıb və yaxın günlərdə daşınma daha da artacaq.

“Star”: Borrell “Taxıl daşınması Türkiyə sayəsində həyata keçirilib” dedi

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell bildirib: “Türkiyə sayəsində Ukrayna limanlarından taxıl dəhlizinin açıldığını bilmək lazımdır. Haqqında danışdığımız taxıl 20 milyon tondur. Əgər dünyada 20 milyon ton taxıl və günəbaxan bloklanırsa, deməli, insanların bir qismi yemək yeyə bilməyəcək”.

“Yeni Şafak”: Almaniyalılar çarəni Trabzonda tapdılar

  Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Avropa böyük enerji sınağından keçir. Almaniya və Fransa kimi ölkələrdə, xüsusilə qışda təbii qaz qıtlığının olacağı düşünülür. Almaniyalılar çarəni Trabzonda tapıblar. Elektrik qızdırıcıları istehsal edən şirkət, xüsusilə Avropa ölkələrindən gələn sifarişlərin artması səbəbindən gündəlik istehsalını 300-dən 700 qızdırıcıya çatdırıb, İsveç, Hollandiya və Fransadan ilkin sifarişləri qəbul etməyə başlayıb.

“Hürriyet”: Türkiyəyə gələn turistlərin sayı 53 faiz artıb

  2022-ci ilin iyul ayında Türkiyəyə gələn xarici turistlərin sayı ötən ilin eyni ayına görə 52,84 faiz artaraq 6 milyon 665 min 129 nəfər olub. İyul ayında ən çox qonaq göndərən ölkələrin reytinqində Almaniya 14,43 faizlə birinci, Rusiya 11,12 faizlə ikinci, 8,19 faizlə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir.

 



Әlaqәli Xәbәrlәr