Türkiyə mətbuatı, 11 avqust 2022

“Hürriyet”, “Haber Türk”, “Sabah”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

1866303
Türkiyə mətbuatı, 11 avqust 2022

 

“Hürriyet”: Ərdoğandan ticarət və müdafiə sənayesində əməkdaşlıq mesajı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sloveniya prezidenti Borut Pahor ilə təşkil edilən birgə mətbuat konfransında müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlıqla bağlı deyib: "İkitərəfli ticarət dövriyyəmiz keçən il 2,3 milyard səviyyəsinə çatıb. Biz bu rəqəmi artırmaq fikrindəyik. Buna real potensialımız var”.

“Haber Türk”: Çavuşoğlu "PKK, FETÖ və digər terror təşkilatlarının təbliğatına qarşı mübarizə aparırıq" dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 13-cü Səfirlər Konfransında səfir və diplomatlar qarşısında çıxış edərək bu sözləri təkrarlayıb: “Həm PKK, həm FETÖ, həm də digər terror təşkilatlarının ölkəmizə qarşı apardığı təbliğat və ittihamlarla mübarizə aparırıq”.

“Sabah”: "Abdulhamid Han” dünyanın gündəmində

  Türkiyənin 4-cü qazma, dünyanın isə 5-ci ən böyük gəmisi olan “Abdulhamid Han” mərasimlə vəzifəsinin icrasına başlayıb. Başda Yunanıstan olmaqla, bir çox ölkənin izlədiyi mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Tərəddüd etmədik, lazım olanda haqqımızı qorumaq üçün dişimizə qədər mübarizə aparmaqdan da çəkinməyəcəyik” sözləri xarici mətbuatda manşetlərə çıxarılıb, Yunanıstan hökumət sözçüsü "sayıq olmalıyıq" deyib.

“Yeni Şafak”: Türkiyənin ilk SİDA-nın kütləvi istehsalına başlandı

  Türkiyənin ilk silahlı pilotsuz dəniz aparatı – SİDA-nın 11 metrlik ULAQ prototipinin sınaqlarda və praktikada müvəffəqiyyət qazanmasından sonra bir sıra ölkədən gələn istəklər əsasında ildə 50 ədəd istehsalı üçün işlərə başlanılıb.

“Star”: Balansı dəyişəcək hərəkətə Ankarada yer ayrılıb

  Türkiyənin ticarət naziri Mehmet Muş çip istehsalının yavaşladığı bir zamanda avtomobil və kompüter istehsalının da yavaşladığını söyləyərək deyib: "Çip istehsalı üçün bizim də hazırlıqlarımız var. Əslində bunun üçün Ankarada yer də ayırdıq. Bu mövzu ilə əlaqədar Sənaye Nazirliyinin bir işi də var”.



Әlaqәli Xәbәrlәr