Türkiyə mətbuatı, 8 avqust 2022

“Yeni Şafak”, “Star”, “Hürriyet”, “Haber Türk” və “Vatan” nələrdən yazır?

1864878
Türkiyə mətbuatı, 8 avqust 2022

 

“Yeni Şafak”: Xarici İşlər Nazirliyindən İsrailə Əqsa məscidi reaksiyası

  Türkiyə Xarici İşlər Nazirliyi İsrailin avqustun 5-də Qəzzaya qarşı aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olan hücumları, parlament üzvü İtamar Ben-Qvir və fanatik yəhudi qrupları və İsrail polisinin nəzarətində olan Məscidül-Əqsaya təzyiqləri və Əqsada ibadət cəhdlərini qınayıb. Nazirlik İsrail hökumətini Hərəmi-Şərifin statusu və mənəviyyatını hədəf alan bu cür hərəkətlərə yol verməməyə çağırışını təkrarlayıb.

“Star”: Kubrakov “Türkiyəyə minnətdaram" dedi

  Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Rusiya-Ukrayna müharibəsinin başlandığı fevral ayından bəri ilk dəfə xarici bayraqlı bir gəminin Çyornomorsk limanına taxıl yükləmək üçün gəldiyini söyləyib: "Bunu mümkün edən BMT-dəki həmkarlarıma və Türkiyəyə minnətdaram".

“Hürriyet”: Milli kəşfiyyatçı PUA STM TOGAN-ın ilk tədarükləri edildi

  Türkiyə Prezident Aparatı Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir STM (Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş.) tərəfindən milli avadanlıqlarla hazırlanmış mini-spotter PUA sistemi TOGAN-ın ilk təhvil-təsliminin edildiyini bildirib: “STM TOGAN müşahidə və kəşfiyyat zamanı istifadə olunacaq”.

“Haber Türk”: Almaniyaya ixracatda rekord

  Türkiyənin Almaniyaya ixracatı 11 milyard 121 milyon dollarla bütün zamanların ən yüksək yanvar-iyul rəqəminə çatıb.

“Vatan”: Boş yastıq belə qalmadı

  Turizm sənayesi nümayəndələri bu aydan etibarən 7 milyon əcnəbi turisti qəbul edən Antaliyadakı otellərin avqust və sentyabrın ortalarına qədər tam dolduğunu, bəzi otellərdə isə yastıq belə qalmadığını bildiriblər.

 



Әlaqәli Xәbәrlәr