Türkiyə mətbuatı, 1 avqust 2022

“Hürriyet”, “Star”, “Sabah”, “Vatan” və “Yeni Şafak” nələrdən yazır?

1861774
Türkiyə mətbuatı, 1 avqust 2022

 

“Hürriyet”: Nazir Çavuşoğlu “Gərginliyin azaldılması üçün üzərimizə düşəni etməyə hazırıq” dedi

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial media hesabından Serbiya-Kosovo sərhədindəki gərginliyə münasibət bildirərək yazıb: “Serbiya-Kosovo sərhədindəki gərginliyə görə serb və kosovolu həmkarlarımla danışdım. Türkiyə hər zaman Balkanların sülh və sabitliyinə əhəmiyyət verir. Gərginliklər heç kimə xeyir gətirmir. Biz gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə hazırıq”.

“Star”: Türkiyə dənizdə də ad çıxaracaq

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank dünyada pilotsuz dəniz nəqliyyatı trendinin yeni başladığını bildirərək: “Türkiyə pilotsuz uçuş aparatlarında nümayiş etdirdiyi sürəti başqa sahələrdə də ortaya qoya bilsə, dünyada ən yaxşılardan biri olacaq”, - dedi.

“Sabah”: İrana yardım nəqliyyat təyyarəsi göndərildi

  Türkiyə Milli Müdafiə Nazirliyinin 31 iyul açıqlamasında Türkiyənin sel fəlakətinin yaşandığı İrana nəqliyyat təyyarəsi ilə yardım göndərdiyi bildirilib.

“Vatan”: TOGG yola düşür

  Türkiyənin Avtomobil Müəssisələri Qrupu – TOGG-un baş meneceri Mehmet Gürcan Karakaş bildirib ki, TOGG 2023-cü ilin birinci rübündə Türkiyədə və bu tarixdən 18 ay sonra isə Avropada yollarda olacaq.

“Yeni Şafak”: Toprak Razqatlıoğlu Çexiyada birinci oldu

  Türkiyənin milli motosikletçisi Toprak Razqatlıoğlu Çexiyada keçirilən Beynəlxalq Supervelosiped Çempionatında damalı bayrağı birinci keçib. Bu nəticə ilə Toprak Superbike çempionatın ikinci yarışını qazanıb.

 



Әlaqәli Xәbәrlәr