Türkiyə mətbuatı, 25 iyul 2022

“Haber Türk”, “Sabah”, “Vatan”, “Yeni Şafak” və “Hürriyet” nələrdən yazır?

1858793
Türkiyə mətbuatı, 25 iyul 2022

 

“Haber Türk”: Ərdoğan “Yunanıstan “Lozanna”nı aşındırır

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin quru sərhədlərinin 99 il əvvəl imzalanan Lozanna Sülh Müqaviləsi ilə çəkildiyi, Yunanıstanda qalan türk azlığının hüquqlarının təmin edildiyi və Türkiyə sahillərinə yaxın yunan adalarının qeyri-hərbi statusa malik olduğunu xatırladaraq bildirib: “Lakin son zamanlar, müqavilədə qeydə alınan şərtlər, xüsusən də türk azlığının hüquqları Yunanıstan tərəfindən nəzərə alınmır və ya qəsdən pozulur. Türkiyə bunu qəbul edə bilməz”.

“Sabah”: Türkiyə əsas ölkədir

  Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində bütün səviyyələrdə tərəflərlə danışa bilən, dialoq yollarını açıq saxlayan, son taxıl müqaviləsində olduğu kimi, mümkün sahələrdə əməkdaşlığı təmin edən açar ölkə mövqeyindədir.

  “Bizə güvənən dost ölkələri çətin günlərdə onların yanında olmaqla məyus etmirik”, - deyə Ərdoğan bildirib.

“Vatan”: Taxıl dəhlizində Türkiyəyə mühüm vəzifə

  İyulun 22-də Qara dəniz üzərindən Ukraynaya taxıl daşınması ilə bağlı imzalanmış sazişdən sonra İstanbulda əməliyyat mərkəzi yaradılacaq. Komandaya Türkiyə admiralı rəhbərlik edəcək. Ayrı-ayrı otaqlarda ukraynalılar və ruslar işləyəcək. Bu iş təxminən 20 milyon ton taxılın dünyaya daşınmasına yol açacaq.

“Yeni Şafak”: Ayasofya 2 ildə 6,5 milyondan çox ziyarətçi qəbul edib

  İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Ayasofya 1934-cü ildə alınan qərarla 86 il muzey kimi fəaliyyət göstərib. 10 iyul 2020-ci il tarixli fərmanla isə yenidən məscidə çevrilən Ayasofyayi-Kəbir Məscidi-Şərifi 24 iyul 2020-ci ildə qılınan ilk cümə namazı ilə ibadətə açılıb.

  İki il əvvəl ibadət üçün açılan Ayasofya bu günlərə qədər 6,5 ​​milyondan çox ziyarətçi qəbul edib.

“Hürriyət”: Türkiyə IV Ümumdünya Köçəri Oyunlarına hazırlaşır

  Dünyanın ən böyük ənənəvi idman tədbirinə çevrilən Ümumdünya Köçəri Oyunları demək olar ki, ənənəvi idman növlərinin olimpiadasına çevrilib.

  29 sentyabr - 2 oktyabr tarixlərində Bursanın İznik qəsəbəsində IV Ümumdünya Köçəri Oyunları keçiriləcək ki, orada 100-dən çox ölkədən 3000 idmançı iştirak edəcək.

 



Әlaqәli Xәbәrlәr