Türkiyə mətbuatı, 19 iyul 2022

“Haber Türk”, “Hürriyet”, “Star”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

1856466
Türkiyə mətbuatı, 19 iyul 2022

 

“Haber Türk”: Prezident Ərdoğandan açıqlamalar

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 18 iyul iclasından sonra verdiyi şərhdə İsveç və Finlandiyanın NATO üzvlüyünə toxunaraq “Xatırlatmaq istərdim ki, şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, prosesi donduracağıq" deyib.

“Hürriyet”: Nazir Akar “Ümumi prinsiplər razılaşdırılıb” dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukrayna taxıl və qida məhsullarının daşınması ilə bağlı ümumi prinsiplərin razılaşdırıldığını bildərərək “Bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Bu həftə növbəti toplantının keçirilməsi ehtimalı var" deyib.

“Star”: Norveç “Bayraktar TB2” üçün hərəkətə keçdi

  Norveçdə Ukrayna ilə həmrəy olaraq “Bayraktar TB2”nin alınması üçün ianə kampaniyası başlanıb. Kampaniya çərçivəsində 55 milyon kron (təxminən 5,5 milyon dollar) toplanaraq Ukrayna səfirliyinin yardım fonduna köçürülməsi nəzərdə tutulur.

“Sabah”: Sabiha Gökçen Hava Limanı 2022-ci ilin sərnişin rekordunu qırdı

  İstanbul Sabiha Gökçen Hava Limanı 2022-ci ilin ən işlək gününü 17 iyulda 582 uçuş və 100 mindən çox sərnişinlə edib.

“Yeni Şafak”: Yerli avtomobil TOGG-da istehsal üçün geri sayım

  Bursanın Gemlik qəsəbəsindəki TOGG yerli avtomobil zavodunda 2 ildir atılan addımlar sosial mediada açıqlanaraq “Sınaq istehsalına geri sayım başladı” yazılıb.

 



Әlaqәli Xәbәrlәr