Türkiyә mәtbuatı, 16 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1827357
Türkiyә mәtbuatı, 16 may 2022

“Sabah”: Çvuşoğlu Finlandiya və İsveçlə bağlı açıqlama verib: "Terrora dəstək olduqlarına görə onlara etiraz edirik”

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısı üçün səfərdə olduğu Almaniyanın paytaxtı Berlində Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı açıqlama verərək, “Finlandiya və İsveçin NATO-ya üzvlüyündən narazıdır, çünki terrora dəstək olurlar" dedi. 

"Habertürk": NATO-nun Baş katibi Stoltenberqin Türkiyə ilə bağlı bəyanatı

İsveç və Finlandiyanın mümkün üzvlüyü ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberq "Türkiyə bizim mühüm müttəfiqimizdir. Türkiyə bəzi narahatlıqlarını dilə gətirib və əminəm ki, NATO-da həmişə olduğu kimi narahatlıqlar mövcd olduğu zaman ortaq ortaq dil tapa bilərik" deyib. 

"Star": MİT-dən "Kobani əməliyyatı"

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Aynularap (Kobani) bölgəsində gizləndiyi yerdə Hayri kod adlı PKK terror təşkilatı üzvü Əkrəm Üstəki zərərsizləşdirib.

"Yenişafak": Rusiya Tur Operatorlar Assosiasiyasından tətil tövsiyələri: Türkiyə rəqibsizdir

Rusiya Tur Operatorları Birliyinin (ATOR) etdiyi paylaşımda Türkiyənin təqdim etdiyi imkanlarla rəqiblərini geridə qoyduğu bildirilib. Rusiyalı turistlərə münasibət üçün "mükəmməl" ifadəsi işlədilib.

"Hürriyet": Mega yaxta Bodrumda

Dünyanın ən uzun 22-ci yaxtası olduğu bildirilən "Uçan Tülkü" Muğlanın Bodrum mahalı sahillərində lövbər salıb. 136 metr uzunluğunda və 21 metr enində Kayman adaları bayrağı olan meqa yaxtada kimin olduğu məlum deyil.



Әlaqәli Xәbәrlәr