Türkiyә mәtbuatı:11 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1825133
Türkiyә mәtbuatı:11 may 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürrriyet’’: Türkiyә ilә Qazaxıstan arasında әmәkdaşlığa dair 15 müqavilә imzalanıb

Qazaxıstan prezidenti Kasın Comart Tokayev Türkiyәyә rәsmi sәfәr edib.Türkiyә ilә Qazaxıstan arasında nәqliyyat, müdafiә sәnayesi, hәrbi kәşfiyyat, informasiya texnologiyaları, mәdәniyyәt, kәnd tәsәrrüfatı, ticarәt, gömrük, ətraf mühit, təhsil, gənclər, rabitə və arxiv sahələrində әmәkdaşlığa dair  15 müqavilə imzalanıb.

‘‘Haber Türk’’: Әrdoğan: ‘‘Rusiya-Ukrayna müharibәsi Türk Dövlәtlәri Tәşkilatının әhәmiyyәtini göstәrdi’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiya-Ukrayna müharibәsinin Türk Dövlәtlәri Tәşkilatına üzv olan ölkәlәr arasındakı hәmrәyliyi vә әmәkdaşlığı bir daha göstәrdiyini ifadә edib. Rәcәb Tayyib Әrdoğan Qazaxıstan prezidenti Kasım Comart Tokayev ilә Türk Dövlәtlәri Tәşkilatı, Birlәşmiş Millәtlәr Tәşkilatı, İslam Әmәkdaşlıq Tәşkilatı vә İqtisadi Әmәkdaşlıq Tәşkilatı kimi platformalarda Türkiyә-Qazaxıstan arasındakı hәmrәyliyi davam etdirmәk mәsәlәsindә qәtiyyәtli olduqlarını bildiriblәr.

‘‘Sabah’’: Rizә-Artvin Hava limanı Türkiyәnin yeni sәrhәd-keçid mәntәqәsi hesab edilir

Rizə-Artvin Hava Limanı beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqəsi kimi təyin olundu.
Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin iştirakı ilə mayın 14-də istismara veriləcəyi açıqlanan Rizə-Artvin Hava Limanı Türkiyənin 11-ci hava sərhəd-keçid məntəqəsi oldu.

Bununla bağlı qərar prezident Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunub.

Bundan əvvəl Antalya Qazipaşa, Balıkəsir, Çanaqqala, Əskişəhər, Hatay, Kocaeli, Kütahya, Sivas, Şanlıurfa və Tekirdağ Çorlu hava limanları beynəlxalq giriş-çıxışlara açıq daimi hava sərhəd-keçid məntəqələri olaraq təyin edilmişdi.

Hava sərhəd-keçid məntəqələri ölkəyə daxil olacaq vətəndaş və əcnəbi sərnişinlərin daxil olub çıxa biləcəyi məntəqələr kimi təsvir olunur.

‘‘Yeni Şafak’’: Azәrbaycanda Teknofest hәyәcanı yaşanacaq

Dünyanın әn böyük Aerokosmik və Texnologiya Festivalı olan ‘‘Teknofest Azәrbaycan’’ festivalı 26-29 mayda Azәrbaynanın  paytaxt Bakıda keçirilәcәk. ‘‘Baku Crystal Hall'' vә dәnizkәnarı bulvarda keçirilәcәk festival dörd gün әrzindә ziyarәtçilәrin diqqәtini cәlb edәcәk.

 ‘‘Star’’: “Türkiyədəki bor ehtiyatları dünyanın minillik ehtiyacını ödəyə bilər

‘‘Eti’’ mәdәn şirkәtinin idarə heyətinin sədri və Baş direktoru Serkan Keleşer Türkiyənin dünya bor ehtiyatlarının 73 faizinә  sahib olduğunu ifadә edib. Serkan Keleşer deyib: ‘‘Türkiyədəki bor ehtiyatları dünyanın minillik ehtiyacını ödəyə bilər’’



Әlaqәli Xәbәrlәr