Türkiyә mәtbuatı:19 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1814234
Türkiyә mәtbuatı:19 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Terrora qarşı mübarizәmizi qәtiyyәtlә davam etdiririk’’

Sәfirlәrlә iftar yemәyindә görüşәn Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Terrorla mübarizә çәrçivәsindә hәm Suriyada, hәm dә İraqın şimalında tәhlükәsizliyin tәmin edilmәsi üçün lazımi addımları atırıq. Terrorun hәr növunә qarşı mübarizәmizi qәtiyyәtlә davam etdiririk’’.

‘‘Yeni Şafak’’: İraqın şimalında ‘‘Pәncә-Kilid’’ әmәliyyatına start verilib

Türkiyә Silahlı Qüvvәlәri İraqın şimalında separatçı terror tәşkilatı PKK-ya qarşı ‘‘Pәncә-Kilid’’ әmәliyyatına start verib. Daha әvvәl  hәyata keçirilәn ‘‘Pәncә’’ әmәliyyatları ilә Haftanin, Metina, Avaşin, vә Hakurk bölgәlәrini terrorçulardan tәmizlәyәn Türkiyә hәrbçilәri Zap bölgәsini dә terrordan tәmizlәyәrәk 25-30 kilometr uzunluğundakı tәhlükәsizlik divarını tamamlayacaq.

‘‘Star’’: PKK-nın mәğlub olması Azәrbaycanı da yaxından maraqlandırır

Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn İraqın şimalında başladılan ‘‘Pәncә-Kilid’’ әmәliyyatı Azәrbaycanda da mәmnuniyyәtlә qarşılanıb. Azərbaycanlı analitik Turan Rzayev  deyib:“Ermənistan 27 illik işğal dövründə PKK üzvlәrini işğal etdiyi Qarabağa  yerləşdirib. 44 günlük müharibədə Ermənistan PKK-dan dəstək aldı və Şimali İraqdan yüzlərlə terrorçu Qarabağa döyüşməyə gəldi. PKK-nın məğlub olması Azərbaycanı da yaxından maraqlandırır”.

‘‘Sabah’’: ‘‘Eren Mühasirә-2’’ әmәliyyatına start verilib

Türkiyә Daxili İşlәr Nazirliyinin koordinasiyasında terror tәşkilatı PKK-nı ölkәnin gündәmindәn çıxarmaq vә bölgәdәki terrorçuları zәrәrsizlәşdirmәk mәqsәdilә Hakkaridә ‘‘Eren Mühasirә-2’’ әmәliyyatına start verilib. Әmәliyyatda 654 hәrbi personal iştirak edir.



Әlaqәli Xәbәrlәr