Türkiyə mətbuatı, 8 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1809176
Türkiyə mətbuatı, 8 aprel 2022

"Yenişafak": Çavuşoğlu: "Buçadan gələn görüntülər danışıqlara kölgə saldı"

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirləri toplantısından sonra verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsində müsbət danışıqlara baxmayaraq, Buçadan olan dinc əhalinin qırğınının qəbuledilməz olduğunu ifadə edərək, "Bu görüntülər danışıqlara və müsbət atmosferə kölgə saldı. Buna baxmayaraq, danışıqlar bu çətin şəraitdə belə davam etməlidir" ifadəsini işyədib.

"Habertürk": ABŞ Türkiyəyə potensiyal F-16 qırıcılarının satışının ABŞ və NATO-nun maraqlarına xidmət edəcəyini bildirdi

ABŞ Dövlət Departamenti Konqresə ünvanladığı məktubda Bayden administrasiyasının F-16 qırıcılarının Türkiyəyə potensial satışının ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olacağına və eyni zamanda NATO-nun uzunmüddətli birliyinə xidmət edəcəyinə inandığını bildirdi.

"Star": Türkiyənin qızılbalığı İspaniyada tanıtılacaq

26-28 aprel tarixlərində İspaniyada keçiriləcək yarmarkada ilin ilk rübündə 20 ölkədə alıcı tapan Türkiyənin qızılbalığını tanıdaraq ixrac bazarını genişləndirmək hədəflənir.

"Hürriyet": Marmarisə turistlər gəlməyə başladı

Türkiyənin və dünyanın ən sevimli turizm şəhərlərindən biri olan Muğla vilayətinin Marmaris rayonundakı otellər yeni mövsüm hazırlıqlarını tamamlayaraq qonaqlarını qəbul etməyə başlayarkən, əksəriyyəti İngiltərə, İsrail, Belçika və İrandan olan turistlər dənizə və günəşə qovuşmağın kefini yaşayırlar. 

"Sabah": Dünyanın məşhur müğənnisi paylaşdı! Türk təqibçilər şərh yağdırdı

Dünyaca məşhur müğənni Halsey sosial media hesabında türkcə paylaşımı ilə diqqət çəkib. Amerikalı müğənni oğlu Ender və sevgilisi Alev Aydınla çəkilmiş kadrı “Paylaşdıqca sevgi artır” qeydi ilə izləyicilərinə təqdim edib. Paylaşım üçün çoxlu sayda təqibçi şərh yazıb.



Әlaqәli Xәbәrlәr