Türkiyә mәtbuatı: 31 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1804758
Türkiyә mәtbuatı: 31 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’: İstanbulda müsbәt addımlar atılıb

Ruriya ilә Ukrayna nümayәndә heyәtlәri arasında Türkiyenin İstanbul şәhәrindә aparılan danışıqlarda  müsbәt qәrarlar qәbul olunub. Rusiya bu çәrçivәdә Ukraynanın bәlli bölgәlәrindәki qoşunlarını qeri çәkmәyә qәrar verib. Ordusunu Çernobıldan çıxaran Moskva administrasiyası dinc sakinlərin təxliyəsi üçün Mariupol şəhərində atəşkəs elan edib.

‘‘Hürriyet’’: Sergey Lavrov İstanbulda aparılan danışıqları qiymәtlәndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna nümayəndə heyətləri arasında Türkiyədə aparılan danışıqları müsbət qiymətləndirdiklərini bildirib. Lavrov Ukrayna nümayәndә heyәtinin NATO çərçivəsindən kənarda ölkələrinin tәhlükәsizliyini təmin etmәk üçün atdığı addımları  mühüm irəliləyiş olaraq qiymәtlәndirib.

‘‘Star’’: Birlәşmiş Millәtlәr Tәşkilatı Türkiyeyә tәşәkkür edib

Birlәşmiş Millәtlәr Tәşkilatı Rusiya ilә Ukrayna arasında sülhün tәmin edilmәsi üçün göstәrdiyi sәylәrә görә Türkiyeyә tәşәkkür edib. Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözçüsü Stefan Dujarik müharibәnin sona çatdırılması üçün aparılan danışıqların müsbәt nәticәlәnәcәyinә ümidvar olduqlarını ifadә edib. Stefan Dujarik deyib: ‘‘Göstәrdiyi sәylәrә görә Türkiyeyә tәşәkkür edirik’’.

‘‘Vatan’’: “Türkiyenin A400M tәyyarәsi tamamlandı”

Türkiyə Silahlı Qüvvələrinin taktiki və nәqliyyat  imkanlarını artıran A400M tәyyarәsi tamamlanıb. Türkiyənin hәyata keçirdiyi  A400M layihəsi çərçivəsində istehsal edilən 10-cu və sonuncu hərbi nəqliyyat təyyarəsi Türkiyә Silahlı Qüvvәlәrinin inventarına daxil edilib.

‘‘Haber Türk’’: Taha Akgül 9-cu dәfә Avropa çempionu olub

Olimpiya çempionu milli güləşçi Taha Akgül gülәş üzrә Avropa çempionatında 9-cu qızıl medalını qazanıb.Mәlumata görә, Taha Akgül gürcü rəqibi Geno Petriaşviliyə 5-2 hesabı ilə mәğlub edәrәk Avropa çempionu olub.



Әlaqәli Xәbәrlәr