Türkiyә mәtbuatı:24 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1784084
Türkiyә mәtbuatı:24 fevral 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Yeni Şafak’’: Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirir

Rusiya-Ukrayna böhranında gözlәnilәn işğal cәhdi başlayıb.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

‘‘Haber Türk’’: Ukrayna liderinin ilk açıqlaması: ‘‘Özümüzü müdafiә edәcәyik, hücum etmәyәcәyik’’

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Donbas әrazisindә  keçirdiyi xüsusi hәrbi әmәliyyatla bağlı deyib: ‘‘Әgәr bizә, azadlığımıza,uşaqlarımıza hücum edilәrsә özümüzü müdafiә edәcәyik, hücum etmәyәcәyik, özümüzü müdafiә edәcәyik’’.

‘‘Hürriyet’’: Türk Hava Yollarından açıqlama: ‘‘Ukraynaya uçuşlar lәğv edilib’’

Türkiyə Hava Yolları Ukraynaya uçuşları ləğv edib. Bunu qurumun baş direktoru Bilal Ekşi tviterdə yazıb. Bilal Ekşi deyib: ‘‘Hava məkanını bağlaması səbəbindən Ukraynaya bugünkü bütün uçuşlar ləğv edilib”.

‘‘Star’’: ‘‘Le Point’’ jurnalı Rәcәb Tayyib Әrdoğanın Afrika qitәsinә etdiyi sәfәrlәrlә bağlı mәqalә dәrc edib

Fransanın siyasi və xəbər jurnalı “Le Point” prezident Rəcəb Tayyib Ərdoğanın Afrika səfərləri ilə bağlı məqalə dərc edib. Məqalədə Ərdoğanın 2005-ci ildən bəri baş nazir və prezident kimi qırxa yaxın dəfə Afrikaya səfər etdiyi, Afrika qitəsi ilə ticarət həcminin isə 2 milyard dollardan 25 milyard dollara yüksəldiyi vurğulanıb.

‘‘Sabah’’: Türkiyә Yunanıstana nota verdi

Türkiyə hökuməti Yunanıstan Sahil Mühafizəsinin Türkiyə vətəndaşlarını yaraladığı hadisə ilə bağlı Yunanıstanın Türkiyə Səfirliyinin müşaviri ilə əlaqə saxlayaraq etiraz notası verib.



Әlaqәli Xәbәrlәr