Türkiyә mәtbuatı: 23 fevral 2023

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1783295
Türkiyә mәtbuatı: 23 fevral 2023

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Vatan’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Rusiyanın qәrarını qәbuledilmәz olaraq qiymәtlәndiririk’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Rusiyanın Donetsk vә Luqansk bölgәlәri ilә bağlı qәrarını qiymәtlәndirib. Mәsәlә ilә bağlı ilk açıqlamasını Afrika sәfәri zamanı verәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Biz Rusiyanın bu qәrarını qәbuledilmәz olaraq qiymәtlәndiririk’’.

‘‘Haber Türk’’: Rәcәb Tayyib Әrdoğan vә Vladimir Zelenski arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Tәrәflәr söhbәt zamanı Rusiyanın Donbası tanıma qәrarını müzakirә ediblәr.  Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğan Ukraynanın ərazi bütövlüyünü hədəf alan hәr növ  qərara qarşı olduqlarını vurğulayıb.

‘‘Hürriyet’’: Türk şirkәtinin Seneqalda inşa etdiyi stadionun açılışı olub

Türk şirkәtinin Seneqalda inşa etdiyi 50 min nәfәrlik ‘‘Seneqal stadionu’’nun açılışı olub. Açılış mәrasiminә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da qatılıb. Beynәlxalq Futbol Federasiyaları Birliyinin prezidenti Qianni İnfantino stadionu inşa edәn şirkәtin rәhbәrlәrinә Türk dilindә tәşәkkür edib.

‘‘Star’’: Qazaxıstan: ‘‘Türkiyә hәr zamanı yanımızda oldu’’

Qazaxıstanın İstanbuldakı konsulu Alim Bayel deyib: ‘‘Türkiyә ilә Qazaxıstan arasındakı münasibәtlәr  1991-ci ildәn etibarәn güclü şәkildә davam edir.Türkiyә hәr zaman yanımızda oldu. Bundan sonra da yanımızda olmağa davam edәcәk’’. Alim Bayel bildirib ki, xüsusilә son illәrdә nәqliyyat, tәhsil, mәdәniyyәt, iqtisadiyyat vә tәhlükәsizlik sahәlәrindә әmәkdaşlığımız daha da inkişaf edib.

‘‘Yeni Şafak’’: ‘‘Hürkuş’’un yeni hәrbi variantı hazırlanıb

Hürkuş təlim təyyarəsinin yeni hərbi variantı olan “hava-yer inteqrasiya təyyarəsi”nin (HYEU) Tip sertifikatı tamamlanıb. Bütün fəaliyyətlərin başa çatdığını göstərən sənəd hazırlanarkәn tәyyarә  540 saatlıq uçuş həyata keçirilib. Layihə ilə Hərbi Hava Qüvvələri Komandanlığının əsas və qabaqcıl yeni nəsil turboprop təlim təyyarəsi ehtiyacının  qarşılanması hədəflənir.



Әlaqәli Xәbәrlәr